ZƏNGİLAN
26
APREL2021
Zəngilan məscidində bərpa-quruculuq işləri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva aprelin 26-da bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən Zəngilan məscidini ziyarət etmiş, üzərində “Zəngilan məscidinin təməli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 26 aprel 2021-ci il tarixində qoyulmuşdur” sözləri yazılmış xatirə daşını məscidin divarına hörmüşdürlər.
Ermənistanın torpaqlarımızı işğal altında saxladığı otuz il ərzində digər ərazilərimizdə olduğu kimi Zəngilan rayonunda da tarixi, dini, mədəniyyət abidələrimiz erməni vandalizminə məruz qalmış, dağıdılaraq təhqir edilmişdir. İşğal dövründə Zəngilan şəhərindəki məsciddən də tövlə kimi istifadə olunmuşdur.

