XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

ZƏNGİLAN

19

Oktyabr

2022

Zəngilanda ilk yaşayış binasının təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan şəhərində ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak etmişdirlər və dövlətimizin başçısı Zəngilan şəhərində ilk yaşayış binasının təməlini qoymuşdur.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına və birinci xanıma binanın daxil olduğu yaşayış məhəlləsi barədə məlumat verərək bildirmişdir ki, ümumi sahəsi 2.06 hektar olan yaşayış məhəlləsinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaqdır. Məhəllə Zəngilan şəhərinin mərkəzi küçəsində, məktəb və biznes zonasının yaxınlığında yerləşəcək və şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun olacaqdır. Bu məhəllədə ümumilikdə 10 bina tikiləcəkdir. Bunlardan 6-nın ikimərtəbəli, 4-nün isə üçmərtəbəli olması planlaşdırılmışdır.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi