XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

AĞDAM

28

MAY

2021

Zəfər və İşğal muzeyləri kompleksinin layihələri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam rayonunda inşa ediləcək Zəfər və İşğal muzeylərinin layihələri ilə tanış olmuşdur.

İşğal muzeyi dağıdılmış Ağdam Dövlət Dram Teatrının binasının yaxınlığında yerləşəcək, sözü gedən teatrın qalıqları isə saxlanılacaqdır. Ərazidə göl salınacaq, tarixi binaların siluetləri rəqəmsal işıqlandırma ilə gölün üzərində əks etdiriləcək, dağıdılmış tikililərin qalıqları isə memorial bağda saxlanılacaqdır. Muzeyin əsas məqsədi 30 illik işğal dövründə Azərbaycan xalqının keçdiyi ağır tarixi yolu əyani şəkildə təqdim etməkdir. Burada Qarabağ və Ağdamın tarixi, müharibə dövrü, şəhərin dağıdılması və Xocalı faciəsi interaktiv üsulla nümayiş etdiriləcəkdir.

Zəfər muzeyi Bayraq meydanının yaxınlığında inşa ediləcək, onun yaxınlığında Zəfər arenası və bərpa ediləcək Çörək muzeyi yerləşəcəkdir. Muzeyin memarlığı Şuşa qalasının qapısını və Qələbə rəmzini təcəssüm etdirəcək, əsas giriş hissəsində günəş enerjisi ilə işləyəcək “Zəfər tağı” ucaldılacaqdır. Muzeydə müasir hərbi texnika, pilotsuz uçuş aparatları, əməliyyat simulyasiyaları və şəhidlərin xatirəsinə həsr olunmuş zal yer alacaqdır.

Zəfər və İşğal muzeyləri kompleksinin konsepsiyası İtaliya şirkəti tərəfindən hazırlanmışdır.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi