ŞUŞA
23
İyun2026
Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksinə baxış
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olmuşdurlar.
Təməli 2021-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan və ümumi sahəsi 8 hektara yaxın olan kompleksdə 23 bina inşa edilmişdir. Buradakı 450 mənzildən 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı, 7-si isə beşotaqlıdır.
Kompleksdə keçmiş məcburi köçkünlər, xidməti mənzillərdə isə Şuşa şəhərində müxtəlif dövlət qurumlarında çalışan şəxslər yaşayırlar. Ərazidə genişmiqyaslı abadlıq və quruculuq işləri görülmüş, yaşıllıqlar salınmış, sakinlərin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılmışdır.

