AĞDAM
3
Oktyabr2021
“Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su-elektrik stansiyalarının açılış mərasimi
Tərtərdə “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su-elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olmuşdur. Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmiş və stansiyaları işə salmışdır.
“Suqovuşan-1” kiçik su-elektrik stansiyasında ildə 13,8 milyon kVt/saat elektrik enerjisi istehsal olunacaqdır. Azərbaycan Ordusunun 2020-ci ilin oktyabrın 3-də işğaldan azad etdiyi Tərtər rayonunun Suqovuşan qəsəbəsindəki “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su-elektrik stansiyalarının ümumi gücü 7,8 meqavatdır. Hər iki stansiya əsaslı şəkildə yenidən qurulmuş, o cümlədən onların idarəetmə mərkəzinin binaları və avadanlıqları, stansiyalararası elektrik veriliş xətti tam yenilənmişdir.

