YANVAR – İYUN, 2024

18

May

Sarıcallı kəndinin təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlqoyma mərasimində iştirak etmişdir. Dövlətimizin başçısı Sarıcallı kəndinin təməlini qoymuşdur.

Cəbrayıl rayonunun Sarıcallı kəndi şimaldan yeni salınan Əhmədbəyli–Horadiz–Mincivan–Ağbənd avtomobil yolu, şimal-şərqdən Şükürbəyli kəndi, cənubdan və cənub-şərqdən Horadiz–Ağbənd dəmiryol xətti, cənub-qərbdən və qərbdən isə Soltanlı kəndi ilə əhatə olunmuşdur.

Baş planda kəndin ümumi sahəsi 330 hektar təşkil edir. 2040-cı ilədək 4740 nəfər əhali üçün 1185 fərdi evin və bir neçə mərtəbəli bloklu binaların layihələndirilməsi nəzərdə tutulur. 2026-cı ilədək dövrü əhatə edən “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq birinci mərhələdə layihələndirilən ərazinin sahəsi isə 104 hektardır. Bu mərhələdə kəndə 1016 sakinin köçürülməsi üçün 242 fərdi ev inşa olunacaqdır.