XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

AĞDAM

28

MAY

2021

Şahbulaq qalasında aparılan bərpa-quruculuq işləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdama səfəri zamanı tarixi Şahbulaq qalasında olmuşdur. Dövlətimizin başçısına abidənin yenidənqurma planı təqdim edilmiş və bərpa-quruculuq işləri barədə məlumat verilmişdir.

XVIII əsrə aid bu qala Qarabağ ərazisindəki ən məşhur tarixi abidələrdən biridir. Ağdam şəhərindən təxminən 10 kilometr məsafədə, Şahbulaq kəndi yaxınlığında yerləşən qala 1751–1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xanın göstərişi ilə inşa edilmişdir. Elmi ədəbiyyatda “Şahbulaq qəsri” adı ilə tanınan abidə, əslində, yaşayış evləri, bazar, hamam və məsciddən ibarət iri qəsr kompleksinin iç qalası olmuş, Şuşa qalasının inşasınadək Şahbulaq qalasından Qarabağ xanlığının inzibati mərkəzi kimi istifadə edilmişdir. Ermənilərin Ağdamı işğal etməsindən sonra bir sıra abidələrimiz kimi Şahbulaq qalası da saxtalaşdırma cəhdlərinə məruz qalmış, yaxınlıqdakı məscid isə kilsə kimi təqdim edilmişdir.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi