AĞDAM
28
MAY2021
Qiyaslı məscidində aparılan bərpa-quruculuq işləri ilə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdamda yerləşən Qiyaslı məscidində aparılan bərpa-quruculuq işləri ilə tanış olmuşdur.
Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən olan Qiyaslı məscidi XVIII əsrə aiddir. Bu dini abidə 1993-cü ildə, Ermənistan silahlı qüvvələri tərəfindən Ağdamın işğalı zamanı pulemyot atəşinə tutulmuş və yandırılmışdır.
Qiyaslı məscidi 2001-ci ildən yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülmüş, torpaqlarımız işğaldan azad edildikdən sonra digər tarixi-dini abidələrimiz kimi onun da bərpasına başlanılmışdır. Hazırda məscidin bərpa işləri Heydər Əliyev Fondu tərəfindən davam etdirilir.

