22
Dekabr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Pirlər kəndində olmuş və kəndin ərazisinə baxış keçirmişdir.
Dağətəyi ərazidə yerləşən Pirlər kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Pirlər kəndi Azərbaycan Ordusunun cari il sentyabrın 19–20-də Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənmişdir.