İYUL – DEKABR, 2023

22

Dekabr

Prezident İlham Əliyevin Xocalı rayonunun Pirlər kəndinə səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Pirlər kəndində olmuş və kəndin ərazisinə baxış keçirmişdir.

Dağətəyi ərazidə yerləşən Pirlər kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Pirlər kəndi Azərbaycan Ordusunun cari il sentyabrın 19–20-də Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənmişdir.