XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

ŞUŞA

10

MAY

2023

Prezident İlham Əliyevin Şuşa şəhərindən xalqa müraciəti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşa şəhərindən xalqa müraciət etmişdir.

Ulu öndər Heydər Əliyevin Azərbaycanda hörmət və minnətdarlıqla anıldığını deyən Prezident İlham Əliyev ümummilli liderin həyat və fəaliyyətindən, Azərbaycan üçün gördüyü işlərdən bəhs etmişdir.

Qarabağın və Şuşanın işğaldan azad edilməsinin Heydər Əliyevin və Azərbaycan xalqının əsas arzusu olduğunu deyən Prezident İlham Əliyev müraciət üçün Şuşanı məxsusi olaraq seçdiyini qeyd etmişdir: “Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam. Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişdilər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi”.

Müraciətinin sonunda Prezident İlham Əliyev “Mən əminəm ki, bu gün atamın ruhu şaddır, bu gün bizim bütün əcdadlarımızın ruhu şaddır. Biz elə etməliyik ki, öz fəaliyyətimizlə daim onların ruhunu şad edək” – deyə vurğulamışdır.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi