ŞUŞA
13
İyul2026
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunun açılışında iştirakı
İyulun 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edərək dünyanın müxtəlif ölkələrindən media nümayəndələrinin suallarını cavablandırmışdır.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi, Avropa İttifaqı və ABŞ ilə münasibətləri, regional sülh prosesi, Qarabağın bərpası, rəqəmsal transformasiya, həmçinin Yaxın Şərqdəki vəziyyətlə bağlı ölkənin mövqeyini açıqlamışdır. Dövlət başçısı Azərbaycanın etibarlı enerji tərəfdaşı və mühüm tranzit ölkəsi kimi rolunun getdikcə gücləndiyini vurğulamışdır.
Forumda 53 ölkədən 160 nümayəndə, o cümlədən 30 xəbər agentliyi, 60-dan çox media qurumu və 10 beynəlxalq təşkilatın təmsilçiləri iştirak etmişdir.

