XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

ZƏNGİLAN

18

MAY

2024

Mincivan qəsəbəsinin təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlqoyma mərasimində iştirak etmişdir. Dövlətimizin başçısı Mincivan qəsəbəsinin təməlini qoymuşdur.

Mincivan qəsəbəsinin layihələndirilən ərazisi rayon mərkəzindən 13,2 kilometr cənub-şərq istiqamətində, Araz çayının sahilində – respublika əhəmiyyətli Əhmədbəyli–Horadiz–Mincivan–Ağbənd yolu və Horadiz–Ağbənd dəmiryol xətti üzərində yerləşir. Qəsəbənin sahəsi 301,51 hektardır. 2040-cı ilədək qəsəbədə 9088 nəfər üçün 630 fərdi ev və bir neçə mərtəbəli yaşayış binalarının tikilməsi nəzərdə tutulmuşdur. “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq birinci mərhələ üçün layihələndirilən ərazinin sahəsi 153,4 hektardır. Bu mərhələdə Mincivan qəsəbəsinə 3146 nəfərin köçürülməsi üçün 628 fərdi ev və 92 mənzildən ibarət bir neçə mərtəbəli dörd yaşayış binasının tikintisi nəzərdə tutulur.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi