XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

KƏLBƏCƏR

26

İyun

2022

“Kəlbəcər-1” kiçik su-elektrik stansiyasının açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonunda yeni tikilmiş 4,4 MVt gücündə “Kəlbəcər-1” kiçik su-elektrik stansiyasının (KSES) açılışında iştirak etmişdir.

Lev çayı üzərində inşa olunan stansiya işğaldan azad edildikdən sonra Kəlbəcərdə tikilərək istismara verilən ilk enerji istehsalı obyektidir. “Yaşıl enerji zonası” konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək “Kəlbəcər-1” KSES-də maşın zalı tikilmiş, yeni aqreqat, generator, idarəetmə panelləri və transformatorlar quraşdırılmışdır. Burada 110/6 kilovoltluq yarımstansiya inşa edilmişdir.  

“Kəlbəcər-1” KSES Azərbaycanın ümumi enerji sisteminə qoşulmuşdur. Stansiyaların idarəetmə sistemi tam avtomatlaşdırılmış, xüsusi proqram təminatı ilə rəqəmsallaşdırılmışdır ki, bu da istehsal olunan elektrik enerjisinin maya dəyərinin daha da aşağı düşməsinə gətirib çıxarır.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi