İYUL – DEKABR, 2021

16

Avqust

Kəlbəcər-Laçın avtomobil yolu üzərində tunelin təməl qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlini qoymuşdur.

Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaqdır. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində alt keçidlər və körpü inşa olunacaqdır. Yol üzərində 3 tunelin tikintisi aparılacaqdır. Tunellərin ümumi uzunluğu 9450 metr olacaqdır.