YANVAR – İYUN, 2022

26

İyun

“Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonunda yeni tikilmiş 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının (KSES) açılışında iştirak etmişdir.

Lev çayı üzərində inşa olunan stansiya işğaldan azad edildikdən sonra Kəlbəcərdə tikilərək istismara verilən ilk enerji istehsalı obyektidir. “Yaşıl enerji zonası” konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək “Kəlbəcər-1” KSES-də maşın zalı tikilmiş, yeni aqreqat, generator, idarəetmə panelləri və transformatorlar quraşdırılmışdır. Burada 110/6 kilovoltluq yarımstansiya inşa edilmişdir.  

“Kəlbəcər-1” KSES Azərbaycanın ümumi enerji sisteminə qoşulmuşdur. Stansiyaların idarəetmə sistemi tam avtomatlaşdırılmış, xüsusi proqram təminatı ilə rəqəmsallaşdırılmışdır ki, bu da istehsal olunan elektrik enerjisinin maya dəyərinin daha da aşağı düşməsinə gətirib çıxarır.