YANVAR – İYUN, 2022

26

İyun

“İstisu” mineral su zavodunun təməl qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Kəlbəcərdə “İstisu” mineral su zavodunun təməlqoyma mərasimində iştirak etmişdir. Prezident İlham Əliyev zavodun təməlini qoymuşdur.

İstifadəyə veriləcək zavodda həm şüşə, həm də plastik butulka istehsalı xətlərinin qurulması planlaşdırılmışdır. Müəssisədə gündə 327 min, ildə isə 95 milyon butulka mineral su istehsal olunacaqdır. Suyun mənbəyinə gəldikdə isə 200 metr dərinlikdə yeni quyu qazılmışdır.

“İstisu” bulağının suyu kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə seçilir. Laborator analizlər göstərmişdir ki, mineralların miqdarı 6,7 qrama çatan bir litr suyun tərkibi litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və digər kimyəvi maddələrlə zəngindir. Bu bulaqların suyundan mədə-bağırsaq, qaraciyər, öd kisəsi və sair xəstəliklərin müalicəsində istifadə edilir.