XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

AĞDAM

26

Noyabr

2021

İkitərəfli Soçi görüşü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə noyabrın 26-da Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. Səfər zamanı Prezident İlham Əliyev ilə Prezident Vladimir Putin arasında ikitərəfli görüş olmuşdur.

Görüş zamanı iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi ərəfəsində strateji tərəfdaşlığın çox uğurla inkişaf etdiyini vurğulayan dövlət başçılarının diqqət mərkəzində Qarabağdakı mövcud vəziyyət, Rusiya sülhməramlılarının sülhün qorunub saxlanılmasındakı rolu və fəaliyyəti, ola biləcək insidentlərin və risklərin qarşısının alınması və diqqətlə yanaşılması, onları necə minimallaşdırmağın mümkünlüyü, Ermənistan-Azərbaycan arasında münasibətlərin hərtərəfli nizamlanması və eləcə də regionda insanların rahat yaşamasına, ölkələrin inkişaf etməsinə imkan verəcək şərait yaradılması üçün ölkələrin üzərinə düşən öhdəliklər olmuşdur.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi