XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

FÜZULİ

10

MAY

2022

Füzuli şəhər Peşə Liseyinin təməlinin qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Füzuli şəhər Peşə Liseyinin təməlinin qoyulması mərasimində iştirak etmişdirlər. Dövlətimizin başçısı peşə liseyinin təməlini qoymuşdur.

Peşə liseyinin ərazisi 3,2 hektar sahəni əhatə edəcəkdir. Kompleksdə tədris binaları, laboratoriya, idman zalı və meydançası yaradılacaqdır. Burada, həmçinin avtomobil təmiri emalatxanası, avadanlıq və texnika, təsərrüfat anbarları, təsərrüfat qurğusu, praktik təlimlər qurğusu da inşa ediləcəkdir. Kompleksin elektrik enerjisi ilə fasiləsiz təminatı üçün transformator yarımstansiyası quraşdırılacaqdır. Füzuli şəhər Peşə Liseyinin inşası zamanı yaşıllıq zolaqlarının yaradılması xüsusilə diqqətdə saxlanılmışdır. Yaşıllıq sahəsi bu kompleksin ərazisinin 43,7 faizini təşkil edəcəkdir. Burada yaradılacaq idman meydançasının sahəsi 540 kvadratmetr olacaqdır. Lisey ildə 800-ə yaxın tələbə qəbul etməklə yanaşı, 1000-dək tələbə üçün qısamüddətli kurslar və ömürboyu təhsil proqramları təmin etmək imkanında olacaqdır.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi