8
Noyabr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Füzuli rayonunda Qarğabazar kəndinin təməlqoyma mərasimində iştirak etmişdir. Dövlətimizin başçısı Qarğabazar kəndinin təməlini qoymuşdur.
Füzuli Beynəlxalq Hava Limanından 10 kilometr məsafədə, rayonun cənub-qərbində yerləşən kəndin inzibati ərazisinə Yal-Pirəhmədi və Sərdarlı kəndləri də daxildir. Qarğabazar kəndinin layihələndirilən ümumi ərazisi 152,6 hektardır. Kəndə 2 min nəfərin köçürülməsi planlaşdırılır. Burada ümumilikdə 527 fərdi ev tikiləcəkdir. Kəndin inşasının birinci mərhələsində 181 fərdi evin tikilməsi üçün 35,5 hektar torpaq sahəsi ayrılmışdır. Bu mərhələdə kəndə 181 ailənin – 629 nəfərin köçürülməsi planlaşdırılır.
Kənddə tarixi memarlıq abidələri – Şah Abbas karvansarası və Şah Abbas məscidi də bərpa olunacaqdır.