AĞDAM
28
MAY2021
Bərdə–Ağdam avtomobil yolunun təməlqoyma mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Bərdə–Ağdam avtomobil yolunun təməlqoyma mərasimində iştirak etmiş və yeni yolun təməlini qoymuşdur.
Bərdə–Ağdam avtomobil yolu layihəsi Prezident İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlərin tərkib hissəsidir. 14 kilometrlik hissəsi Bərdə şəhərindən və bir neçə yaşayış məntəqəsindən keçəcək yolun uzunluğu 44.5 kilometr olacaqdır.
Avtomobil yolu Qarabağın inkişaf planına uyğun olaraq dörd hərəkət zolaqlı olacaq və Bərdə ilə Ağdam şəhərləri də daxil olmaqla bu rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edəcəkdir.

