XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

ZƏNGİLAN

26

Oktyabr

2021

Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında oktyabrın 26-sı Zəngilanın Ağalı kəndində təkbətək görüş olmuşdur.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələr və regional proseslər, iqtisadi və ticari sahələrdəki əməkdaşlığın genişləndirilməsi ilə enerji, nəqliyyat və Qarabağın inkişafı ilə bağlı layihələrin mövcud durumu, gələcəklə bağlı planlar və ən önəmlisi, Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çatdırılmış əlaqələrin daha da necə inkişaf etdirə biləcəyi ətraflı müzakirə edilmişdir.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış etmişdirlər. Bəyanatda işğaldan azad edilmiş regionlarda sürətlə gedən bərpa-quruculuq işlərini yüksək qiymətləndirən dövlət başçıları Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştiraklarının bir daha iki qardaş ölkə arasında birliyin göstəricisi olduğunu ifadə etmiş, Türkiyə və Azərbaycanın iki qardaş ölkə kimi bundan sonra da hər zaman bir-birinin yanında olacaqlarını bildirmişlər.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi