YANVAR – İYUN, 2024

25

Aprel

Azərbaycan və Qırğızıstan prezidentlərinin Ağdam şəhərinə səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam şəhərində olmuşdurlar. Dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilmişdir.

Ermənistan silahlı qüvvələrinin daşı-daş üstə qoymadığı Ağdam şəhəri Azərbaycan dövləti tərəfindən yenidən salınır. Ağdamın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Bu məqsədlə “Agdam City Hotel” və “Hilton Garden Inn” layihələri icra edilir. Şəhərdə İşğal və Zəfər muzeyləri kompleksi də yaradılır. Kompleks İşğal muzeyindən başlayacaq və Zəfər muzeyi ilə başa çatacaqdır. Onların arasında isə Xatirə bağı yerləşəcəkdir.

Şəhərin mərkəzi hissəsində 960 yerlik ümumtəhsil məktəbi də tikiləcəkdir. Muğam Mərkəzi isə birmərtəbəli və ikimərtəbəli bloklardan ibarət olacaqdır. Şəhərdə salınacaq Mərkəzi park üçün 5 hektar ərazi ayrılmışdır.