XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

FÜZULİ

21

APREL

2022

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin tikintisi ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Şuşa rayonunun Daşaltı kəndində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin inşası ilə tanış olmuşdur.

Qarabağın dirçəlişinə aparan “Böyük Qayıdış” proqramının əsas tərkib hissələrindən biri yol infrastrukturunun qurulmasıdır. Şuşaya çəkilən Zəfər yolunun cığırı qəhrəman əsgər və zabitlər tərəfindən açılmışdır. Hazırda bu yolda işlər davam etdirilir. Burada məqsəd Şuşaya avtomobillə daha tez və rahat çatmaqdır. 10 ay əvvəlki vəziyyətlə hazırkı mərhələni müqayisə etdikdə mübaliğəsiz demək olar ki, dünyada bu sürət və keyfiyyətdə görülən işlərə rast gəlmək mümkün deyildir.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun digər önəmi onun Zəngəzur dəhlizinin magistralı ilə birləşməsindədir. Yolun uzunluğu 81,6 kilometr, hərəkət zolaqlarının sayı 4-6, hərəkət zolağının eni isə 3,5 metrdir. Yolboyu 7 tunelin tikintisi aparılır. Bir neçə tuneldə qazma işləri artıq tamamlanmış, digərlərində isə qazma, partlatma və qırma üsulları ilə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri davam edir. Bundan başqa, tunellərdə havalandırma və izolyasiya sistemləri də quraşdırılır. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tunellərin inşası ilə yanaşı, yolboyu müxtəlif hissələrdə torpaq yatağının, körpülərin, yeraltı keçid və suötürücü boruların tikintisi də layihəyə uyğun şəkildə icra olunur. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi