ŞUŞA
16
MART2021
Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə baxış
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə gəlmişdirlər.
Prezident İlham Əliyev 1982-ci ilə aid Vaqif Poeziya Günlərinə aid arxiv şəkillərinin tapıldığını, həmin dövrdə Ulu Öndər Heydər Əliyevin də tədbirdə iştirak etdiyini qeyd etmişdir. Dövlətimizin başçısı ermənilərin Molla Pənah Vaqifin büstünü, qəbrin üstündəki sinə daşını, məqbərədəki mərmər lövhələri söküb məhv etdiyini və bu abidələrin bərpa olunacağını vurğulamışdır.

