İYUL – DEKABR, 2021

20

Oktyabr

Zəngilan rayonunda Rəqəmsal Yarımstansiyanın təməl qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də Zəngilan rayonunda Rəqəmsal Yarımstansiyanın təməlqoyma mərasimində iştirak etmişdirlər. Mərasim zamanı Prezident İlham Əliyev Rəqəmsal Yarımstansiyanın təməlini qoymuşdur.

35/10 kV-luq 240 kilometrlik və 0.4 kV-luq 1050 kilometrlik elektrik veriliş xətti tamamilə yenidən qurulacaqdır. Ənənəvi təchizat sxemindən fərqli olaraq, yeni struktur şəbəkə iqtisadi baxımdan daha səmərəlidir. Yeni qurulacaq şəbəkədə “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin infrastrukturu üçün bütün imkanlar mövcud olacaqdır.