XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

ŞUŞA

29

Avqust

2021

Şuşa şəhərinin Baş planı ilə tanışlıq və birinci məhəllənin təməl qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya avqustun 29-da Şuşa şəhərinin Baş planı təqdim edilmiş və Prezident İlham Əliyev birinci məhəllənin təməlini qoymuşdur.

Şuşa şəhərinin Baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülmüşdür. Mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarix ilə müasirliyin vəhdəti üzərində qurulacaqdır. Təqdim olunan Baş planda Şuşada müxtəlif yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri də öz əksini tapmışdır.

Şəhərdə uzunluğu 36,2 kilometr olan mövcud yollarla yanaşı, həm də 17,6 kilometr yeni yolun inşası da nəzərdə tutulmuşdur. Şəhərin Baş planında ictimai dayanacaqların da yerləşmə yerləri müəyyən olunmuşdur. Şəhərin relyefinə uyğun olaraq yaşıllıqları və landşaftı qoruyub saxlamaq, onu inkişaf etdirmək məqsədilə yaşıl dəhlizlərin inşası nəzərdə tutulmuşdur. Şuşada ümumi sahəsinin 46.765 m² olması planlaşdırılan yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaqdır. Məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulmuşdur. Yaşayış massivində 25 binanın olacağı planlaşdırılmışdır. Avqustun 29-da təməli qoyulan 1-ci məhəllədə 3, 4 və 5 mərtəbəli binalar Şuşaya xas memarlıq üslubu ilə tikiləcəkdir.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi