XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

ŞUŞA

29

Avqust

2021

Üzeyir Hacıbəylinin heykəlinin açılış mərasimi

Şuşa şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinin açılışı olmuşdur. Avqustun 29-da keçirilən açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edərək heykəlin üzərindəki örtüyü götürmüşdürlər.

1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə Şuşada bəstəkarın heykəli ucaldılmışdır. Heykəltəraş Əhməd Salikov tərəfindən hazırlanan abidə 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq bəstəkarın yeni heykəli hazırlanmışdır. Heykəlin modeli qalmadığından yeni abidə o dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolar əsasında yaradılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılmışdır. Abidə heykəltəraşlar Aslan Rüstəmov, Teymur Rüstəmov, Mahmud Rüstəmov tərəfindən hazırlanmışdır.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi