ZƏNGİLAN
26
APREL2021
Zəngilan Beynəlxalq Hava Limanının təməlqoyma mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Zəngilan Beynəlxalq Hava Limanının təməlini qoymuşdur.
Uçuş-enmə zolağı üç kilometrə bərabər olacaq hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etməyə qadir olacaq və bölgənin inkişafında mühüm rol oynayacaqdır.
