ZƏNGİLAN
3
Oktyabr2024
Zəngilan şəhərində altıncı yaşayış kompleksinin təməlqoyma mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində altıncı yaşayış kompleksinin təməlini qoymuşdur.
Yaşayış kompleksi orta sıxlıqlı ərazidə, məktəb, uşaq bağçası, inzibati və ticarət zonalarının yaxınlığında yerləşəcəkdir. Kompleks 3 hektar ərazidə yaradılacaqdır. Baş plana uyğun olaraq kompleksdə 3, 4, 5 və 6 mərtəbəli çoxmənzilli binaların inşası nəzərdə tutulur. Burada tikiləcək yaşayış binalarında 177 mənzilin olması planlaşdırılmışdır.