ZƏNGİLAN
28
Oktyabr2025
Zəngilan şəhərində yaşayış kompleksində görülmüş işlərlə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olmuşdur.
12 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 2 hektara yaxındır. Burada 104 mənzil inşa olunmuşdur. Binalardan 8-i ikimərtəbəli, 4-ü isə üçmərtəbəlidir. Hazırda binaların daxili bəzək işləri yekunlaşmışdır. Kompleksdəki binaların inşasında müasir memarlıq yanaşmaları əsas götürülmüşdür.
Kompleks şəhərin mərkəzi hissəsində, məktəb, uşaq bağçası və parkın yaxınlığında, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir. Ərazidə uşaq və idman meydançaları quraşdırılmışdır. Məhəllədə 6 yerüstü və yeraltı avtomobil dayanacağı vardır. Elektromobillər üçün enerjidoldurma məntəqəsi də nəzərdə tutulmuşdur. Yaşayış kompleksinin ərazisində yeraltı su anbarları tikilmiş, transformator quraşdırılmışdır.
