XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

ZƏNGİLAN

4

MAY

2023

Zəngilan şəhərində inzibati binanın təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Zəngilan şəhərində inzibati binanın təməlqoyma mərasimində iştirak etmişdir. Mərasim zamanı Prezident İlham Əliyev inzibati binanın təməlini qoymuşdur.

Üçmərtəbəli inzibati bina Zəngilan şəhərinin mərkəzində, əsas küçələrin kəsişməsində yerləşir. İnzibati binanın daxili atrium quruluşda layihələndirilmişdir. Binanın ardıcıl quruluşu isə iki hissəni birləşdirir. İnzibati binanın külək turbinləri şəklində olan fasad strukturu damın kənarı boyunca düzülmüşdür. Dam örtüyü günəş panelləri ilə əhatə olunur. Damın quruluşu binanın daxilinin təbii işıqlanmasına imkan verir və böyük tədbirlərin keçirilməsi üçün əlavə yer imkanı yaradır. Bir sıra dövlət və hökumət qurumlarının yerli idarə, şöbə və bölmələrinin fəaliyyət göstərəcəyi binada müxtəlif tipli iclas və təlim otaqları, həmçinin çoxfunksiyalı xidmət sahələri yaradılacaqdır.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi