ZƏNGİLAN
3
Oktyabr2024
Zəngilan şəhərində beşinci yaşayış kompleksinin təməlqoyma mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində beşinci yaşayış kompleksinin təməlini qoymuşdur.
Yaşayış kompleksi şəhərin mərkəzi hissəsində, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir. Kompleksin ərazisi məktəb və uşaq bağçası, Zəngilan Konqres Mərkəzi və şəhər parkının yaxınlığında yerləşir. Yaşayış məhəlləsi 5 hektar ərazini əhatə edir. Burada binalar 3, 4, 5 və 6 mərtəbədən ibarət olacaqdır. Ümumilikdə bu yaşayış kompleksində 334 mənzilin inşası nəzərdə tutulmuşdur.
