28
Sentyabr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində 2-ci yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir. Mərasim zamanı dövlətimizin başçısı yaşayış kompleksinin təməlini qoymuşdur.
2-ci yaşayış kompleksi Qələbə və Memorial parkların yaxınlığında, şəhərin azsıxlıqlı zonasında yerləşməklə, əsasən, “townhouse” tipli evlərdən ibarət olacaqdır. Plana əsasən burada 87 mənzil nəzərdə tutulur.