İYUL – DEKABR, 2023

28

Sentyabr

Zəngilan şəhərində 160 yerlik uşaq bağçasının təməlinin qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində 160 yerlik uşaq bağçasının təməlqoyma mərasimində iştirak etmişdir. Mərasim zamanı dövlətimizin başçısı uşaq bağçasının təməlini qoymuşdur.

Uşaq bağçası bir hektar ərazidə inşa olunacaqdır. Məktəbəqədər təhsil müəssisəsinin ikimərtəbəli binasında qrup, inzibati, texniki və tibb otaqları, idman və musiqi zalları, mətbəx, camaşırxana yaradılacaqdır. Burada uşaqların rahatlığı, ilkin biliklərə yiyələnmələri və əylənmələri üçün hər cür şərait təmin ediləcəkdir. Bağçanın həyətində oyun meydançaları salınacaq, avtodayanacaq və digər zəruri infrastruktur yaradılacaqdır.