İYUL – DEKABR, 2023

28

Sentyabr

Zəngilan Konqres Mərkəzi Kompleksinin açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan Konqres Mərkəzi Kompleksinin açılış mərasimində iştirak etmişdir. Mərasim zamanı dövlətimizin başçı kompleksin açılışını etmişdir.

Ərazisi 2,2 hektar olan Zəngilan Konqres Mərkəzi Kompleksi iki hissədən ibarətdir. Kompleksə daxil olan 600 yerlik korpusda ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün müasir standartlara uyğun şərait yaradılmışdır. Digər korpusda isə kiçikhəcmli müxtəlif çoxfunksiyalı tədbirlərin keçirilməsi üçün zal, mətbəx və VIP otaqlar mövcuddur. Zəngilan Konqres Mərkəzi Kompleksi yerli və xarici mütəxəssislər cəlb olunmaqla altı ay ərzində inşa edilmişdir.