ZƏNGİLAN
20
Oktyabr2022
Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etmiş və hava limanının rəmzi açılışını bildirən lenti kəsmişdirlər. Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edildikdən sonra dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olmuşdurlar.

