İYUL – DEKABR, 2023

23

Avqust

Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva avqustun 23-də Şuşa şəhərinə səfərləri zamanı Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə baxmışdırlar.

Özbəkistan Prezidentinə və xanımına mərkəz və sərgi barədə məlumat verilmişdir. Məlumata əsasən Yaradıcılıq Mərkəzi Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra 2023-cü il mayın 10-da istifadəyə verilmişdir. Bina ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısındadır.

“Heydər Əliyev və Qarabağ” sərgisində Ulu Öndərin Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf sahələrindəki xidmətlərini əks etdirən nadir fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Eləcə də sərgidə Ümummilli Liderin vaxtilə Qarabağa səfərlərinə, burada keçirdiyi görüşlərə, müxtəlif tədbirlərə aid fotolar yer almışdır.