14
Yanvar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva yanvarın 14-də Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində səfərdə olmuşdurlar.
Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Şuşanı işğal etməsi nəticəsində tarixi, mədəni abidələrimiz dağıdılmış, ev muzeyləri qarət edilmişdir. Onların arasında Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün Şuşadakı büstləri də var idi. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarının birində demişdir ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaqdır. Dövlətimizin başçısının bu sözləri artıq reallığa çevrilmişdir.
Səfər zamanı Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulmuşdur.