ŞUŞA
14
Yanvar2021
Şuşadakı büstlərin tarixi yerlərinə bərpa edilməsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva yanvarın 14-də Şuşa şəhərində səfərdə olmuş, Bülbülün, Xurşidbanu Natəvanın və Üzeyir Hacıbəylinin büstlərinin yenidən bərpa olunaraq əvvəlki yerlərinə qoyulması mərasimində iştirak etmişdirlər.
Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Şuşa şəhərini işğal etməsi nəticəsində ölkəmizin tarixi və mədəni irsinə ağır zərbə vurulmuş, bir sıra abidələr və ev-muzeylər dağıdılmış, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri vandalizmə məruz qalmışdır. Güllələnmiş bu büstlər erməni vəhşiliyinin canlı sübutu kimi tarixə düşmüşdür.


