YANVAR – İYUN, 2023

4

May

Xudafərin qəsəbəsinin təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Cəbrayıl rayonunda Xudafərin qəsəbəsinin təməlqoyma mərasimində iştirak etmişdir. Mərasim zamanı Prezident İlham Əliyev Xudafərin qəsəbəsinin təməlini qoymuşdur.

Qəsəbə Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyan Xudafərin körpüsünün yaxınlığında, yeni dəmir yolu xəttindən və avtomobil yolundan 7 kilometr məsafədə salınır. Qəsəbənin layihələndirilən ümumi ərazisi 25 hektardır. Baş plana əsasən gələcəkdə burada 149 ev tikiləcəkdir. Qəsəbədə birinci mərhələdə 20 evin inşası nəzərdə tutulur. Burada iki, üç, dörd və beş otaqlı fərdi evlər tikiləcəkdir. Hər evin həyətyanı sahəsi 600 kvadratmetr təşkil edəcəkdir. Qəsəbəyə birinci növbədə 77 sakin köçürüləcəkdir.