İYUL – DEKABR, 2023

15

Oktyabr

Xocavənd şəhərində Azərbaycan Bayrağının ucaldılması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmışdır. Sonra dövlətimizin başçısı şəhər ərazisinə baxış keçirmişdir.

Xocavənd şəhəri 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Şəhər 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənmişdir.