XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

XOCAVƏND

25

Fevral

2026

Xocavənd şəhəri və eyniadlı kəndin sakinləri ilə görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhəri və Xocavənd kəndinin sakinləri ilə görüşmüşdürlər. Dövlətimizin başçısı sakinləri doğma torpaqlarına qayıtmaları münasibətilə təbrik etmiş, onların uzun illər ağır köçkün həyatı yaşadıqlarını, lakin bu sınaqdan şərəflə çıxdıqlarını bildirmişdir.

Prezident İlham Əliyev Azərbaycanın bütün suveren ərazisinə tam nəzarətin təmin olunduğunu, separatçılığa son qoyulduğunu və ədalətin bərpa olunduğunu qeyd etmişdir. O, hazırda quruculuq və “Böyük Qayıdış”ın həyata keçirildiyini, azad edilmiş ərazilərdə infrastruktur və yaşayış şəraitinin sürətlə yaxşılaşdırıldığını bildirmişdir.

Sakinlər yaradılan şəraitdən razılıqlarını ifadə etmiş, Xocavəndə qayıtmağın onlar üçün böyük xoşbəxtlik olduğunu bildirmişdirlər.

Sonda xatirə şəkilləri çəkdirilmişdir.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi