XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

XOCAVƏND

25

Fevral

2026

Xocavənd kəndində görülmüş işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd kəndində görülmüş işlərlə tanış olmuşdurlar.

Xocavənd kəndi 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı zamanı işğaldan azad edilmişdir. Kənddə mövcud olan 278 fərdi evin 128-i yararsız, 150-si isə qismən yararlı olmuşdur. Qismən yararlı evlərin 20-si artıq təmir olunmuş, daha 130 evdə təmir işlərinin aparılması nəzərdə tutulmuşdur. Fevral ayında Xocavənd kəndinə 20 ailə – 94 nəfər qayıtmışdır. Mart–dekabr aylarında isə daha 130 ailənin – 533 nəfərin qayıtması planlaşdırılmışdır.

Kənddə bir sıra sosialyönümlü işlər görülmüşdür. Belə ki, 5 kilometr uzunluğunda daşıyıcı qaz xətti çəkilmiş, 1500 metr uzunluğunda mövcud xətt bərpa edilmiş, 2100 metr uzunluğunda 0,4 kV-luq mövcud xətlər və 2 transformator məntəqəsi bərpa olunmuş, kənddaxili yollar asfaltlanmış, piyada yolları çəkilmişdir.

Görülmüş işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva kəndə köçmüş sakin Rizvan İbrahimovun evində olmuş, ev sakinləri ilə söhbət etmişdirlər.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi