XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

XOCALI

9

MAY

2025

“Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak etmişdir.

3200 kVA gücündə “Xocalı” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi Xocalı rayonu ərazisində inşa edilmiş yeni yaşayış komplekslərinin, kənd təsərrüfatı və turizm obyektlərinin, eləcə də sosial-iqtisadi təyinatlı müxtəlif infrastrukturun dayanıqlı, etibarlı və fasiləsiz elektrik enerjisi təminatını həyata keçirmək məqsədi daşıyır. Yarımstansiyanın elektrik təchizatı üçün “Xankəndi-1” və “Əsgəran” yarımstansiyalarından müvafiq olaraq elektrik verilişi xətləri çəkilmişdir. Tikintisi aparılan 35 kV-luq elektrik verilişi xətti vasitəsilə bu yarımstansiya “Ağdam-2” yarımstansiyası ilə əlaqələndiriləcək ki, bununla da Ağdam–Əsgəran–Xocalı–Xankəndi şəhərləri arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaqdır.

Rəqəmsal İdarəetmə Mərkəzi vasitəsilə şəbəkələrin cari vəziyyətinə dair bütün məlumatlar mərkəzləşdirilmiş şəkildə toplanılır və emal olunur, avadanlıqlar məsafədən idarə edilir və real vaxtda monitorinqi rəqəmsal sistemlər vasitəsilə həyata keçirilir. Yarımstansiya bu məqsədlə yeni nəsil rəqəmsal texnologiyalar və idarəetmə avadanlıqları ilə təchiz edilmişdir. Rəqəmsal İdarəetmə Mərkəzində 52 kVt gücündə günəş panelləri də quraşdırılmış və istehsal olunan enerjinin şəbəkəyə ötürülməsi təmin edilmiş, ərazisində elektromobillər üçün sürətli enerjidoldurma cihazları quraşdırılmışdır.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi