İYUL – DEKABR, 2023

15

Oktyabr

Xocalı şəhərində Azərbaycan Bayrağının ucaldılması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmışdır.

Sonra dövlətimizin başçısı şəhər ərazisinə baxış keçirmişdir. Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə işğal olunmuşdur. Erməni işğalçıları Xocalıda Azərbaycan xalqına qarşı tarixin ən qanlı soyqırımlarından birini törətmişdir. Bu soyqırımı nəticəsində 613 dinc sakin qətlə yetirilmişdir. Xocalı şəhəri 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənmişdir.