İYUL – DEKABR, 2023

15

Oktyabr

Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Bayrağının ucaldılması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmışdır.

Sonra dövlətimizin başçısı qəsəbə ərazisinə baxış keçirmişdir. Əsgəran qəsəbəsi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Qəsəbə 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənmişdir.