İYUL – DEKABR, 2023

25

Avqust

Xırdabuynuzlu heyvanların saxlanılma məntəqəsinin fəaliyyəti ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Laçın rayonunda xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin fəaliyyəti ilə tanış olmuşdurlar.

Xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinə baxış zamanı qeyd olunmuşdur ki, burada qoyun kəsimi üçün beş, inək kəsimi üçün üç modul tipli avadanlıq quraşdırılmışdır. Müəssisənin illik istehsal gücü 17 min baş heyvan kəsiminə imkan verir. İstehsal sahəsində kəsim, içalat təmizləmə, soyutma otağı, kiçik hissələrə ayırma, paketləmə konteynerləri yerləşdirilmişdir. Bu müəssisədə 30 nəfər işlə təmin olunacaqdır.