AĞDAM
3
İyul2025
Xıdırlı kəndindəki klub-icma mərkəzində yaradılan şəraitlə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iyulun 3-də Ağdam rayonunun Xıdırlı kəndindəki klub-icma mərkəzində olmuş, burada yaradılan şəraitə baxmışdırlar.
Binada 190 yerlik akt zalı, bufet, rəqs məşqləri, dərnək otaqları və digər inzibati otaqlar yaradılmışdır. Klub-icma mərkəzində Xıdırlı kəndi ilə bağlı müxtəlif sosial və mədəni tədbirlərin, habelə el şənliklərinin və digər mərasimlərin keçirilməsi üçün hərtərəfli şərait vardır.