XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

AĞDAM

25

APREL

2024

Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan dövləti adından Ağdam rayonunun Xıdırlı kəndində inşa ediləcək tam orta məktəbin təməlqoyma mərasimində iştirak etmişdirlər. Mərasimin keçirildiyi ərazidə quraşdırılan yurtada qırğız xalq musiqisi və milli mətbəxinin nümunələri nümayiş etdirilmişdir.

Xıdırlı kənd tam orta məktəbinin inşası üçün 2,7 hektar ərazi ayrılmışdır. İki yerüstü və bir yeraltı mərtəbədən ibarət olacaq binada 22 kabinet yaradılacaqdır. Məktəbdə həmçinin idman və akt zalları, 2 əmək kabineti, kitabxana, fizika, kimya və biologiya laboratoriyaları, 2 informatika kabineti, ilkin hərbi hazırlıq kabineti istifadəyə veriləcəkdir. Məktəbin ərazisində idman meydançası, köşk, kiçik skamyalar, qazanxana yaradılacaqdır. Tikinti işlərinin 2024-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi